Cümə , 13 Mart 2026
Drone Cameras

Moldovanın Baş naziri Azərbaycana səfər edəcək

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrda Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla bugünkü görüşündə bildirib.

Həmçinin oktyabrın 10-12-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Həmin günlərdə ikitərəfli Sahibkarlar Forumu təşkil olunacaq. Forum çərçivəsində hər iki ölkənin investisiya imkanları təqdim olunacaq.

“Bütün çətinliklərə baxmayaraq, Moldova xarici investorlar üçün cəlbedici məkan olaraq qalmaqdadır. Son dövrlərdə biz Belçika, Niderland, Türkiyə, ABŞ, Almaniya, Litva, Böyük Britaniya kimi ölkələrdən investisiya layihələrini cəlb edə bilmişik. Biz Azərbaycanın iş adamları ilə investisiya əməkdaşlığını gücləndirmək istəyirik”, – N.Qavrilitsa görüşdə deyib.

Baş nazir Moldovanın Azərbaycandan təbii qaz idxalı imkanlarını təhlil etdiyini və enerji sahəsində əməkdaşlığın gücləndirilməsində də maraqlı olduğunu vurğulayıb.

Check Also

“Çindəki müsəlmanlar İran, İraq və Əfqanıstandakılardan daha xoşbəxtdir” – Çin diplomatından Bakı açıqlaması

2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Vu Honqbo XIII Qlobal Bakı …