Cümə , 13 Mart 2026
Drone Cameras

Moldovanın Baş naziri: “NATO-ya deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstəririk”

“Biz NATO-ya deyil, Avropa İttifaqına üzv olmağa cəhd göstərəcəyik”.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilisa “Euronews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldovanın Konstitusiyasında neytrallıq prinsipi yazılıb: “Biz NATO-ya üzvlüyə deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstərirəcəyik”.

Məlumata görə, Moldova Prezidenti Mayya Sandu artıq martın 3-də ölkəsinin Avropa İttifaqına daxil olması haqqında ərizəni imzalayıb.

Moldova Konstitusiyasına əsasən, ölkənin neytrallıq statusu var, ancaq 1994-cü ildən respublika fərdi tərəfdaşlıq planı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Moldovanın paytaxtı Kişineuda NATO-nun informasiya mərkəzi fəaliyyət göstərir. 2017-ci ilin dekabrında isə ölkə paytaxtında NATO-nun rabitə üzrə bürosu açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynadan sonra Moldovaya hücum edəcəyinə dair məlumatlar yayılıb.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …