Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub

Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.

“Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və ləğv edilməsi azı 75 min sərnişinin planlarına təsir edib.

Bundan əvvəl PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Peterburqun Pulkovo hava limanlarında uçuşlar məhdudlaşdırılıb.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …