Cümə , 13 Mart 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”

“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”.

M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: “Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz”.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …