Bazar , 27 Sentyabr 2020
Home » Cəmiyyət » MSK bu gün toplanır – Yayılan videolar araşdırılır

MSK bu gün toplanır – Yayılan videolar araşdırılır

Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da sosial şəbəkələrdə, o cümlədən,  youtube də yayılan görüntülərlə bağlı ciddi araşdırmalar aparır.

Boyukmillet.com -un əldə etdiyi məlumata görə, araşdırmalara əsasən, bəzi məntəqələrin, hətta Dairə Seçki Komissiyalarının nəticələrinin ləğv edilməsi gözlənilir.

Artıq Dairə Seçki Komissiyalarının verdiyi qərarlardan narazı olan namizədlərin şikayətləri Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb. Bununla bağlı MSK-nın keçiriləcəyi iclaslardan biri də bu gün təyin edilib. 

Xatırladaq ki, prezident İlham Əliyev dünən Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşü zamanı parlament seçkilərindən də danışıb. Dövlət başçısı pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib. 

Bu arada bildirək ki, Seçki Məcəlləsinə əsasən, ilkin şikayəti məntəqə seçki komissiyasına edilir. Namizəd məntəqənin qərarından narazı qaldıqda Dairə Seçki Komissiyasına, DSK-nın qərarından narazı olduqda Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Əgər namizəd Mərkəzi Seçki Komissiyasının qərarından da narazı qalarsa, Apelyasiya Məhkəməsinə müraciət edə bilər.  Namizəd DSK-nın qərarını aldıqdan sonra 3 gün müddətində ərizəsini MSK-ya göndərməlidir. Hətta namizədlər Dairə Seçki Komissiyasının hərəkətsizliklərindən də MSK-ya müraciət edə bilər. 

Seçki Məcəlləsinə əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekunvurulması  səsvermə günündən ən geci 20 gün keçənədək, yəni fevralın 29-dək  Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Konstitusiya Məhkəməsi  müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) seçkilərin nəticələrini təsdiq etməlidir. 

Check Also

İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədməsi ilə bağlı xalqa müraciət …