Bazar , 23 Fevral 2025
Drone Cameras

MSK daha bir nəfərin deputatlığa namizədliyini ləğv etdi – Səbəb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyası sədrinin müraciətinə baxılıb.

MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, DSK sədrinin müraciətindən sonra MSK müraciəti araşdırıb: “Dövlət orqanlarına verilən sorğu əsasında məlum olub ki, həmin şəxsin həqiqətən Rusiya vətəndaşlığı da var”.

MSK məsələni müzakirə edib və Məzahir Şahvələdovun namizədliyini ləğv edib.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …