Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

MSK rəsmisi xanım namizədə: “Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir”

Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb…

Aktual.az xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.

Qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə “Ramiz müəllim, verilən qərardan vicdanınız rahatdırmı?” sualını ünvanlayıb.

MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: “Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir”.

Günel Səfərovanın reaksiyası isə daha sərt olub: “Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi “bozbaşlar” seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı vitse-prezident də qadındır!”

Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …