Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

MSK sədri: “Erməniəsilli şəxslər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli şəxslərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib.

Boyukmillet.com-un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

“Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur”.

Check Also

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağdam, …