Bazar , 19 Yanvar 2025
Drone Cameras

MSK üzvü seçki prosesində sosial media ilə bağlı diqqətli olmağa çağırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadov seçki prosesində sosial media ilə bağlı diqqətli olmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, o, bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib ki, medianın seçici fəallığına birbaşa təsir göstərə bildiyini təcrübə göstərir:

“Məsələn, ötən Prezident seçkilərində debatlar zamanı hər hansı qadağan olunmuş ifadələrdən istifadə edilirdisə, aparıcı dərhal müdaxilə edirdi. Bu zaman medianın seçki prosesində rolu aydın görünürdü. Günümüzdə isə sosial media da həyatımıza daxil olub ki, biz bu məsələdə də diqqətli olmalıyıq. Vaxtından əvvəl təşviqat işlərinə başlanılması məsələsində, eyni zamanda 18 yaşa çatmamış şəxslərin təşviqat prosesində iştirakı qanunvericilikdə qadağan olması da xüsusilə diqqət edilməli məqamlardandır. Eyni zamanda xarici KİV, QHT-lər, həmçinin təşviqat aparan mətbuat orqanları ilə bağlı məhdudiyyətlər var”.

Check Also

Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Boyukmillet.com xəbər …