Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.

O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.

Nazir söyləyib ki, 2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var: “5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir”.

Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …