Cümə , 26 Aprel 2024
Drone Cameras

Mübariz Mənsimovun həbsinə dəstək verən – “həmyerlilərimiz”

Mübariz Mənsimovun həbsinə dəstək verən “həmyerlimiz” Elnur Abdullayev, Həmid Həmidov və Məmməd Gülməmmədov.


Xəbər veridiyimiz kimi Mübariz Mənsimovun həbsinə əsas media dəstəyini “həmyerlimiz” Elnur Nazim oğlu Abdullayev verib. E.Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara rəsmi və qeyri-rəsmi maliyyə yardımı etməkdədir.

Oxu.az saytı sabiq nəqliyyat naziri Ziya Məmmədovun dönəmində onun maddi dəstəyi ilə qurulub. Belə ki, sabiq nəqliyyat naziri, Ziya Məmmədov adı mətbuatda mənfi mənada özündən az hallanmayan oğlu Anar Məmmədovla birlikdə çoxsaylı saytlar yaratdı və həmin saytlar o dönəmdə sözügedən nazirliyin əməkdaşı E.Abdullayevə həvalə olundu. Bundan sonra E.Abdullayev başqa saytlar da yaratmağa və mediadakı gücünü artırmağa başladı.

Media.az saytı E.Abdullayevin media sahəsinə yaratdığı rusdilli xəbər portalıdır. Yeni qurulan və hələ də bazara girmək üçün fürsət güdən sayt Mübariz Mənsimov haqqında mənfi xəbər yazmayaraq imicini qorumağa çalışır.

Qeyd edək ki, adı keçən hər iki sayta E.Abdullayevə yaxınlığı ilə tanınan Həmid Həmidov rəhbərlik edir.

Olke.az saytına E.Abdullayevin yaxın adamı kimi tanınan Məmməd Gülməmmədov rəhbərlik edir. Həmçinin M.Gülməmmədov Türkiyədə Haber Global xəbər kanalına da rəhbərlik edir ki, sözügedən kanal Mübariz Mənsimov haqqında qərəzli yazılar verir.

Olke.az saytına E.Abdullayevin yaxın adamı kimi tanınan Məmməd Gülməmmədov rəhbərlik edir. Həmçinin M.Gülməmmədov Türkiyədə Haber Global xəbər kanalına da rəhbərlik edir ki, sözügedən kanal Mübariz Mənsimov haqqında qərəzli yazılar verir.

Qeyd edək ki, Elnur Nazim oğlu Abdullayev Mübariz Mənsimovla mübarizəni qərəzli şəkildə aparır.

E.Abdullayevin atası Nazim Abdullayevin – BİZNESİ

09.12.2019 -cu il tarixində isə Pirallahı Sənaye Parkında Rusiyanın “R-Pharm” şirkətlər qrupunun Azərbaycanın “AzPharm” şirkəti ilə ortaq kompleksi olan ikinci dərman zavodu istifadəyə verilib. “AzPharm” şirkəti 2014-cü ildə yaradılmış “NNN” MMC-nin hüquqi varisidir. “NNN” Şirkətlər Qrupunun prezidenti isə Nazim Abdullayevdir.

Ardı Var…

Kommersant.az

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …