Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …