Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini bir neçə dəfə atəşə tutub

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlardan atəş açıblar.

Elə həmin gün, martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğu bildirilib.

Martın 16-sı axşam saatlarında Müdafiə Nazirliyi təkrar məlumat yayıb ki, saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələri Gorusun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlardan bir neçə dəfə atəş açıblar.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Qeyd olunub ki, Baş nazirin ofisi atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Azərbaycana birgə mexanizm yaradılmasını təklif edib. Lakin Azərbaycan hələlik Ermənistanın bu təklifinə cavab verməyib.

2025-ci il martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.

Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını bildirib.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirlyindən bildirilib. Martın 16-sı saat 09:45 radələrində …