Cümə , 27 Mart 2026
Drone Cameras

Müharibə vaxtı Ukraynanın mədəni irsinə qarşı 300 hərbi cinayət qeydə alınıb

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkənin mədəni irsinə qarşı 300 hərbi cinayət faktı qeydə alınıb.

Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının hüquqi normalarına zidd olaraq Ukraynaya məxsus mədəni-tarixi abidələr dağıntılara məruz qalıb.

Mədəni irsə qarşı cinayətlər Ukraynanın 12 vilayətində və Kiyevdə qeydə alınıb. Ən çox Xarkov vilayətinin mədəni irsi zərər görüb.

Mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenko vurğulayıb ki, bununla bağlı toplanan faktlar beynəlxalq qurumlarına göndəriləcək.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …