Şənbə , 20 Aprel 2024
Drone Cameras

Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək

Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn ilin aprelində keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu məlumat yayıb. VI Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn il aprelin 23-24-də Moskvada keçiriləcək. Müsabiqənin 1-ci turu “Vegas City Hall”, 2-ci turu isə “Crocus City Hall” konsert salonlarında təşkil olunacaq.

Müsabiqədə 20-35 yaşlarında vokal təhsili olan şəxslər, ali musiqi məktəblərinin və ya kolleclərin vokal şöbələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Yarışmaya qatılmaq arzusu olanlar sentyabrın 15-dək sənədlərini təşkilat komitəsinə göndərməlidirlər. Münsiflər heyətinə, ənənəvi olaraq, SSRİ Xalq artisti Tamara Sinyavskaya rəhbərlik edəcək.

Qeyd edək ki, müsabiqənin bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışma təxirə salınıb. 

Check Also

Afaq Bəşirqızı “Bəxt üzüyü”ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı fakt açıqlayıb. Boyukmillet.com olay-a istinadla …