Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Mustafa Cəmil: Azərbaycan və Ukrayna arasındakı dostluqdan, göstərilən yardımlardan çox razıyıq

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bizim üçün böyük sevinc oldu. 30 ildən sonra ərazilərini azad etməsi ilə bir çox ölkələrə örnək oldu.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmil bildirib.

“Bu uğur Krım tatar xalqını da torpaqlarını azad etməyə ruhlandırıb. Bizim torpaqlar işğal altındadır. Mən hesab edirəm ki, bu il işğalın son ildir. Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərindən, kifayət qədər təvazökar ola biləcək yardımdan çox razıyıq.

Ukraynanın ərazi bütövlüyünün bərpası zərurətindən açıq danışmaq bizim üçün böyük dəstəkdir”, – deputat əlavə edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …