Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Nəvə toyu”nda iştirak edən daha bir vəzifəli cəzalandırıldı

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

Boyukmillet.com xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …