Şənbə , 28 Mart 2026
Drone Cameras

NATO Baş katibinin Türkiyəyə səfər tarixi açıqlanıb

NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 4-də Türkiyəyə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflərin İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcəkləri bildirilib.

Bundan başqa, onlar Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, İsveçin yeni Baş naziri Ulf Kristerson noyabrın 8-də Türkiyəyə səfər edəcək.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …