Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

NATO generalı Gürcüstana səfər edib

NATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib.

NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib.

General səfər çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanlığının nümyəndələri ilə də görüş keçirib. Tərəflər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) potensialının artırılması və bu il Gürcüstanda planlaşdırılan birgə təlimlərin təşkili məsələlərini müzakirə ediblər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …