Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Ali Məclisinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Check Also

Böyük güclər, İran və gizli məqsədlər – Sabir Rüstəmxanlı söhbətləri

Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb. Sabir Rüstəmxanlı veriliş …