Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Naxçıvan nümayəndəliyinin rəhbəri Bert Schoofsla görüşüb – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov iyunun 30-da Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bert Schoofsla onun fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə Alternativ Enerji resurslarının və qurulmuş digər iqtisadi əlaqələrin genişləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranan vəziyyət, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistika imkanları, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr, rəsmi səfərlər və başqa maraqlı mövzular ətrafında müzakirələr aparılıb. Bəxtiyar Əsgərov səfir Bert Schoofsu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası adından təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …