Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Pentensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.

Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Check Also

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla …