Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvan Qarnizonu Qoşunları ermənilərin kabusuna çevrilib

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təliminin keçirilməsi barədə yayılan xəbərlər Ermənistanda təşviş yaradıb.

Boyukmillet.com AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, işğalçı Ermənistanın razm.info, 168.am, tert.am, 1in.am, lragir.am, aravot.am, yerevan.today və hayeli.am saytlarında “Azərbaycan Naxçıvanda təlimlər keçirəcək” sərlövhəli məqalələrdə bu təşviş aydın şəkildə hiss olunur.

Məqalələrdə vurğulanır ki, Naxçıvan Qarnizonu Qoşunlarında müasir silah və texnikaların iştirakı ilə silsilə təlimlər keçirilir. Budəfəki komanda-qərargah təliminə xüsusi qoşun növlərinin birləşmələri də cəlb ediləcək. Bu, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığının daha da artırılmasına və sarsıdıcı zərbə gücünün formalaşmasına xidmət edir.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …