Bazar ertəsi , 16 Fevral 2026
Drone Cameras

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında 41 kiloqramdan artıq metamfetamin aşkar edilib

Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye halında metamfetamin aşkar olunub.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Bakıda estetik əməliyyat etdirən qadın ölüb. Hadisə Binəqədi rayonunda baş verib. Belə ki, fevralın 10-da …