Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 12 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində noyabrda muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 12 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə Boyukmillet.com  Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 516 müraciət daxil olub. Onlardan 294-ü əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyəti ilə məşğul olmaq üçün işicazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …