Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Naxçıvanda “Report” İnformasiya Agentliyinin bürosu açılıb 

Naxçıvan Muxtar Respublikasında “Report” İnformasiya Agentliyinin bürosu açılıb.

Məqsəd muxtar respublikada siyasi, iqtisadi, sosial, mədəniyyət, idman, eləcə də digər sahələrdə baş verən ən vacib hadisələri operativ və dəqiq şəkildə oxuculara çatdırmaqdır.

Bununla da 2014-cü ildən fəaliyyətə başlayan “Report” İnformasiya Agentliyinin bölgələrdəki bürolarının sayı 9-a çatıb.

Hazırda media qurumunun Qərb, Şimal-qərb, Cənub, Yuxarı Şirvan, Şimal, Muğan, Aran və Qarabağ büroları mövcuddur.

“Report”un 6 xarici ölkədə büroları da fəaliyyət göstərir. Bunlar Türkiyə, ABŞ, Rusiya, Şərqi Avropa, Fransa və Türkmənistandakı bürolardır.

Check Also

Prezidentin adından saxta açıqlama yayılıb – MEDİA

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı …