Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO

Bu gün muxtar respublikada turizmin təbliği, tarixi yerlərin tanıdılması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunmuşdur.
boyukmillet.com naxcivanxeberleri.com- istinadən xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Valeh Mahmudov, Gənclər Fondunun əməkdaşı Fərid Seyidov və Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov çıxış edərək bildirmişlər ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Buna uyğun olaraq gənclərin dünyagörüşünün artırılması, intellektual potensiallarının inkişafı, ölkəsinin tarixinə, mədəniyyətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi, asudə vaxtlarının səmərəli təşkili daima diqqət mərkəzində saxlanılır. Ekskursiyanın təşkil olunmasında məqsəd muxtar respublikanın tarixi yerlərini və turizm məkanlarını gənclərə tanıtmaq, bu zaman çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşmaqla muxtar respublikanın təbliğində gənclərin fəallığını artırmaqdan ibarətdir. Muzeylərdə keçirilən vaxt insanların elmi və bədii təfəkkürlərinin, dünyagörüşlərinin, estetik zövqlərinin formalaşmasına xidmət edir. Gənclərin gəzintiləri Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyindən başlamışdır. Muzeyin bələdçisi muzeydə olan eksponatlar haqqında gənclərə geniş məlumat vermişdir. Sonra gənclər kimyaçı alim Yusif Məmmədəliyevin, pedaqoq, şair-publisist Məmməd Tağı Sidqinin və yazıçı, ədib Məmməd Səid Ordubadinin Ev muzeyləri ilə yaxından tanış olmuşlar. Muzey bələdçiləri Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini vermiş şəxsiyyətlər haqqında geniş məlumat vermişlər. Həmçinin, gənclər Ordubad rayonun görməli yerləri ilə də tanış olmuşlar. Sonda gənclər üçün çay süfrəsi təşkil olunmuşdur. Ekskursiya Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Ekskursiyada 25 nəfər gənc iştirak etmişdir.

“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub-FOTO

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …