Bazar , 8 Fevral 2026
Drone Cameras

Naxçıvanın xüsusi təyinatlı bölmələri yüksək dağlıq ərazilərdə məşğələlər keçirir

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.

Qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.

Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …