Bazar , 11 Yanvar 2026
Drone Cameras

Nazir: “Gürcüstan Orta dəhlizin maksimum yüklənməsi üçün Azərbaycanla işi davam etdirəcək”

“Gürcüstan Orta dəhlizin rəqabətə davamlı olması və maksimum yüklənməsini təmin etmək üçün Azərbaycan, Qazaxıstan və Türkiyə ilə ətraflı müzakirələri və işi davam etdirəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayevlə görüşdə deyib.

Nazir yalnız ikitərəfli deyil, həmçinin regional əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirib. O, Qazaxıstanın Avropa və Asiya arasında mühüm birləşdirici rol oynadığını və ölkə ərazisilə hər il milyondan çox konteynerin daşındığını qeyd edib.

Görüşdə tərəflər ölkələr arasında prioritet məsələləri, eyni zamanda turizm, investisiyalar, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, sabah Tbilisidə Gürcüstan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …