Şənbə , 10 May 2025
Drone Cameras

Nazir Macarıstan şirkətlərini azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka çağırıb

“Azərbaycan və Macarıstan strateji tərəfdaşdır”.

Boyukmillet.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb: “Macarıstan Azərbaycana fəal investisiya yatıran ölkələrdən biridir. Əməkdaşlığın bir çox istiqamətləri var. Azərbaycan Macarıstanın obyektiv dost münasibətləri mövcuddur”.

S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: “Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkün doğma yurdlarına qayıdacaqlar”.

Check Also

Azərbaycan Prezidenti faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında 9 May – Faşizm üzərində Qələbə Günü …