Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nazir müavini: “Ərzaqlıq buğda istehsalının artırılmasına dair iş aparılır”

Azərbaycanda ərzaqlıq buğda istehsalının həcminin artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə iş aparılır.

Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirilir.

“Əlavə istehsal imkanları nəzərdən keçirilir. Təkliflər konkretləşdikdə hökumətə təqdim ediləcək”, – deyə o, qeyd edib.

Nazir müavini Rusiyanın bu ilin iyul ayına qədər buğda ixracına qadağa qoymasına, Qazaxıstanın isə məhdudiyyət tətbiq etməsinə və bütün bunların Azərbaycana mümkün təsirinə də münasibət bildirib: “Buğda ixracına qadağa və məhdudiyyətlər bundan əvvəl də olub. Ölkədə ehtiyatlar mövcuddur. Yəni, hər hansı bir qadağa və yaxud məhdudiyyətin birbaşa təsiri və yaxud nəticəsi barədə danışmaq düzgün deyil. Ölkənin ehtiyatları təlabatı qarşılayacaq səviyyədədir. Növbəti mərhələdə isə dünyada gedən proseslərə baxılacaq, ona uyğun qərarlar qəbul ediləcək. Əlavə imkanlar həmişə nəzərdən keçirilir”.

Check Also

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə …