Bazar , 11 Yanvar 2026
Drone Cameras

Nazir: “TEKNOFEST Azərbaycan”da investorlar layihələrə maraq göstərəcəklər”

“TEKNOFEST Azərbaycan” festivalında iştirak komandaların gələcəkdə şirkət, texnologiya istehsalçısı kimi formalaşmasına imkan verəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, 4 gün ərzində komandalar öz layihələri üzərində işləyəcəklər.

Onun sözlərinə görə, festivalda təmsil olunan investorlar bu layihələrə maraq göstərəcəklər.

R.Nəbiyev əlavə edib ki, “Teknofest”də dünyanın 25 ölkəsindən 50-dən çox komanda və minlərlə iştirakçı təmsil olunur.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …