Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Nazir: “Türkiyədə böyük yanğınların hamısı söndürülüb”

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, nazir bu barədə tviter səhifəsində məlumat verib.

“28 iyuldan başlayan və 15 gündür davam edən yanğınların son həlqəsi olan Muğla-Köyceğizdəki meşə yanğınlarını da meşə qəhrəmanları sayəsində nəzarətə aldıq. Beləliklə, böyük yanğınların hamısını söndürmüşük”, – nazir bildirib.

Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub. Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …