Bazar , 8 Fevral 2026
Drone Cameras

“Neftçi”nin sabiq baş məşqçisi yenidən “Şerif”in sükanı arxasına keçib

Moldova “Şerif”inin yeni baş məşqçisi bəlli olub.

Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib.

Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …