Cümə , 30 Yanvar 2026
Drone Cameras

Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.

Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Covdət Hacıyev”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …