Cümə , 27 Mart 2026
Drone Cameras

Nikol Paşinyan: “Azərbaycanla sərhədin açılmasında maraqlıyıq”

“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.

Eyni zamanda hökumət başçısı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib: “Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …