Bazar , 19 May 2024
Drone Cameras

Nikol Paşinyan: “Qarabağ məsələsini Ermənistan dövlətçiliyinin inkişafına qarşı istifadə edirdilər”

“Qarabağ məsələsini Ermənistan dövlətçiliyinin inkişafına qarşı alət kimi istifadə edirdilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Onun sözlərnə görə, bu məsələni elə istifadə edirdirlər ki, onun həlli ölkənin mövcudluğuna son qoya bilərdi.

Nikol Paşinyan qeyd edib ki, ermənilər Qarabağla bağlı istəyinə nail ola bilməzdi və xüsusən də bu 1996-cı il ATƏT-in Lissabon sammitindən sonra baş verdi.

“Bu tədbirin qapalı rəsmi görüşlərində və banketlərdə bizi bunun həll olunmasının mümkünlüyündə inandıranlar, həvəsləndirənlər yalnız erməni dövlətinin qurulmaması məqsədi güdürdülər. Ən azı 1996-cı ildən sonra Qarabağ məsələsi yox idi. Əvəzində Ermənistan Respublikası məsələsi var idi. 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020 və 2023-cü il hadisələrini bu kontekstdə nəzərdən keçirmək lazımdır”, – Nikol Paşinyan deyib.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …