Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Soçi şəhərində səfərdədir.

Boyukmillet.com “Armenpress”ə istinadən xəbər verir ki, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir.

Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.

Qeyd edək ki, bu gün, oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …