Cümə , 22 Noyabr 2024
Drone Cameras

Nizamlana bilməyən ordu… Ermənistan hərbçilərinin narazılığı

“Ermənistan” və “Hərb” sözləri yanaşı gələndə “narazılıq” və “aksiya” fikirləri qaçınılmaz olur. Ötən aylar ərzində Xankəndində övladlarının taleyi üçün narahat olan əsgər valideynlərindən sonra bu dəfə ölkənin mərkəzində-hökumət binasının qarşısında Qarabağ müharibəsində iştirak edən hərbçilər etiraz aksiyası keçirib.

Bəs ardı-arası kəsilməyən aksiyaların səbəbi nədir?

Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı “MediaPost”a fikirlərini bildirən hərbi ekspert Emin Həsənli qeyd edib ki, erməni hərbçilər dövlətin qayğısından narazıdır:

alt text

“Ermənistanda zaman-zaman müxtəlif aksiyalar keçirilib. Əsgər valideynləri övladlarının başqa torpaqlar üçün döyüşməsini istəmir. Onlar açıq bilirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Buna görə 44 günlük Vətən müharibəsi dövrü və ondan sonrakı dönəmdə də bu aksiyalar davam edib. Valideynlər hələ də narahatdır.

Laçın sərhəd buraxılış məntəqəsinin qurulmasından bəri separatçılar öz dırnaqarası ordularını komplektləşdirə bilmirlər. Ona görə müxtəlif yaş qrupundan kişiləri, eləcə də qızları orduya çağırırlar.

Döyüşmüş şəxslər isə ona görə etiraz edirlər ki, onlar dövlətin “diqqət” və “qayğı”sından narazıdırlar. Ermənistan hakimiyyəti onlara lazımi kompensasiya verməyib və təqaüdləri yetəri qədər deyil. Hərbçilərin bir çox sosial problemləri var, o problemlər həll edilmir. Onlar məğlubiyyətin günahını Ermənistan hakimiyyətinin və ordu rəhbərliyinin düzgün addımlar atmamasında görürlər”.

Fatimə Lətif

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …