Bazar , 19 May 2024
Drone Cameras

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu ölkənin paytaxtı Kişineuda Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsi açılıb.

Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb.

Müşahidəçilər prosesi izləyir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …