Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammiti İranda keçiriləcək.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Xankəndidə keçirilən ECO 17-ci Zirvə görüşünün yekunlarına dair ECO-nun mətbuata açıqlamasında deyilir.

“ECO-nun 17-ci Zirvə görüşü üzv dövlətlərin davamlı iqtisadi artım, daha dərin regional inteqrasiya və inklüziv inkişafa olan ümumi sadiqliyini gücləndirmək üçün mühüm platforma rolunu oynadı. Növbəti ECO sammiti 2027-ci ildə İranda keçiriləcək. Bu isə regional əməkdaşlıq və tərəqqiyə doğru impulsu davam etdirəcək”, – məlumatda qeyd olunub.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …