Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Numan Kurtulmuş: “Türkiyənin Azərbaycan üçün nə qədər vacib olduğunu 44 günlük qəhrəmanlıq dastanı vaxtı gördük”

“Türkiyənin regionun güclənməsi istiqamətində atdığı addımların Azərbaycan xalqı üçün faydasını 44 günlük qəhrəmanlıq dastanı yazıldığı vaxt gördük”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi bu dövlətin bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı:

“Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı məsələ Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapmışdı. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olaraq qalacaq”.

N. Kurtulmuş bildirib ki, Türkiyənin gücü olmasa idi, Azərbaycanın da “əli zəif olardı”.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …