Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Çavuşoğlu: “Türkiyənin yüzüncü ili təkcə bizi yox, həm də Balkanlardan Qafqaza qədər hər kəsi maraqlandırır”

“Türkiyənin yüzüncü ili təkcə bizi yox, həm də Balkanlardan Qafqaza qədər hər kəsi maraqlandırır”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib.

O bildirib ki, Türkiyə bütün dünyada sülhü təmin etməyə çalışır:

“Biz müharibənin davam etdiyi bir vaxtda Rusiya və Ukrayna arasında “Taxıl sazişi”nin imzalanmasına şahid olduq. Biz bütün Türk dövlətlərini eyni təşkilatda birləşdirməklə xəyalı reallaşdırdıq”.

Çavuşoğlunun sözlərinə görə, Antalya Diplomatiya Forumu dünya siyasətinin mərkəzinə çevrilib:

“Artıq dünya Antalyadan danışır və dünya Antalyada müzakirə olunur”.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …