Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasını dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasına dair qətnaməni rədd edib.

Boyukmillet.com xəbər verir ki, sənədi cəmi 103 konqresmen dəstəkləyib, 321 qanunverici ona qarşı çıxıb. Qətnamədə qeyd edilir ki, ABŞ qoşunları sənədin təsdiqindən sonra 180 gündən gec olmayaraq Suriyadan çıxarılmalıdır.

Təşəbbüs fevral ayında deputat Mett Qets tərəfindən irəli sürülüb. O, Konqresin Suriya ərazisindəki döyüşlərdə Amerika qüvvələrinin istifadəsinə icazə vermədiyini vurğulayıb.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …