Cümə , 19 İyun 2026
Drone Cameras

Ofelya Sənani infarkt keçirdi – Durumu kritikdir

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

Boyukmillet.com xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib.
O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib (“Dağlarda döyüş”, “Ulduzlar sönmür” bədii filmləri, “Bakı bulvarı”, “Mücrü” və s. televiziya filmləri).

Check Also

Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı İran xalqına müraciət edib

İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib. Boyukmillet.com xəbər verir …