Cümə , 26 Aprel 2024
Drone Cameras

Ölümdən sonra həyat var? – 900 nəfəri 20 dəqiqə öldürüb diriltdilər

Almaniyalı həkim və psixoloqlar ölümdən sonra həyatın olması qənaətinə gəliblər.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, tibb professorları ölümün bir addımlığında qalan xəstələr üzərində aparılan araşdırma zamanı bu nəticəyə gəliblər. Həmin xəstələr 20 dəqiqə ölü vəziyyətdə qaldıqdan sonra həyata geri qaytarılıblar.

Araşdırma könüllü qatılan 900 adam arasında 4 il davam edib. Bu zaman “epinefrin” və “dimethytryptamine” dərmanlarından da birgə istifadə olunub. Həmin dərmanların ölümlə yenidən canlanma arasında bədəni qoruduğu bildirilir.

Xəstələr əvvəlcə kliniki ölüm, sonra koma vəziyyətinə gətiriliblər. Araşdırmada iştirak edən könüllülərin xatırladıqları şeylər kiçik fərqlər istisna edilməklə hamısı eynilik təşkil edib.

Demək olar ki, bütün könüllülər istilik, rahatlıq, güclü işıq və ruhun bədəndən ayrılmasını hiss ediblər. İştirakçılar xristian, yəhudi, müsəlman, ateist və induizm dininə sitayiş edənlərdən ibarət olub.  /Lent.az

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …