Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ombudsman Aİ-nin yeni nümayəndəsini mina problemləri barədə məlumatlandırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyininyeni təyin olunmuş rəhbəriPeter Mixalkonu qəbul edib.

Boyukmillet.com xəbər verir ki, görüşdə Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə insan hüquqları sahəsindəki fəaliyyəti, mülki şəxslərin hədəfə alındığı yaşayış məntəqələrində faktaraşdırıcı missiyaları barədə məlumatları diqqətə çatdırıb. Müvəkkil müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının kobudcasına pozulması, mülki əhalinin və mülki obyektlərin hərbi hücumlara məruz qalması faktları, eləcə də işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemləri ilə bağlı beynəlxalq təşkilatlara ünvanlandığı bəyanat və hesabatlar barədə məlumat verib, müvafiq sənədlər qonağa təqdim edilib.

S. Əliyeva həmin hesabatların Avropa Şurası (AŞ) İnsan Hüquqları Komissarına da göndərildiyini qeyd edib.

Daha sonra, Müvəkkil Ombudsman təsisatının AŞ və Aİ-nın Yaxşı İdarəçilik üzrə Tərəfdaşlığa dair birgə proqramı çərçivəsində “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihəsinə qoşulduğunu və bu layihə çərçivəsində regionlarda silsilə maarifləndirici tədbirlərin keçirildiyini qonağın diqqətinə çatdırıb.

Tədbirdə habelə Müvəkkilin təşəbbüsü ilə Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi məqsədilə hazırda regionlarda dövlət qurumlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün yaxşı idarəçiliklə bağlı təlimlərin təşkil olunduğu barədə qonağa məlumat verilib.

Görüşdə həmçinin uşaq və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi məsələləri də müzakirə olunub. S. Əliyeva qadın hüquqlarının müdafiəsi və məişət zorakılığının aradan qaldırılması istiqamətində aktiv fəaliyyətin həyata keçirildiyini və bu səpkidə işlərin davam etdirildiyini ifadə edib.

Bundan başqa, görüş zamanı Müvəkkil Aİ ilə birgə əməkdaşlığa dair bir sıra təkliflər səsləndirib.

P. Mixalko səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirib, qarışılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlı olduğunu qeyd edib.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …