Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ombudsman: “Beynəlxalq təsisatlar cinayətkarları məhkəmə qarşısına çıxarmalıdır”

“Müasir dünyada insan, o cümlədən qadın hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bunlar dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ombudsman təsisati müstəqil, insan hüquqlarını qoruyan bir institutdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycanın üzləşdiyi problemləri kortəbii qəbul etmişdi, hətta səssiz qalmışdı:

“Mən bizim ölkəmizə qarşı, ətraf mühitin çirkləndirilməsinə dair bir sıra hesabatlar hazırlamışam. Hesab edirəm ki, beynəlxalq təsisatlar bunları ciddi şəkildə araşdırmalıdır və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …