Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ömürlük məhkum “Gəncəli Mübariz”in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib

Ömürlük məhkum “Gəncəli Mübariz” kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.

Məlumatı “Report”a vəkillər Asim Abbasov və Cavidan Osmanlı təsdiq edib.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …