Bazar , 26 May 2024
Drone Cameras

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər.

Boyukmillet.com xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar.

Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını öz gözləri ilə görüblər.

Səyahətçilər Ağdamdakı Cümə məscidini də ziyarət ediblər.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …